“Yanvar ayının 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri tərəfindən 1070 terrorçu zərərsizləşdirilib”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, İraqın şimalındakı Metina və Avaşin-Basyan bölgələrində çətin ərazi şərtlərinə baxmayaraq, Türkiyə ordusunun eyni vaxtda başlatdığı “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatları planlandığı şəkildə uğurla davam etdirilir: “Sərhədçilərimiz “sərhəd namusdur” anlayışı ilə vəzifələrini qəhrəmanlıqla və əzmlə yerinə yetirirlər”.