İsrail qırıcıları Qəzza sektorunda HƏMAS komandirlərinin “terror infrastrukturu” kimi istifadə etdikləri 5 evə zərbələr endirib.
Unikal.org xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir:
"Son bir neçə saat ərzində İsrail Müdafiə Ordusunun qırıcıları və təyyarələri Qəzza zolağında HƏMAS-ın beş qərargahına hücum etdi. Hücum edilən evlər terrorçuların infrastrukturu kimi fəaliyyət göstərirdi”.