Livandan İsrailin ərazisinə altı mərmi atılıb, lakin onlar sərhədi keçməyiblər.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu bildirib.

Daha əvvəl İsrailin şimalında, Livanla sərhədin yaxınlığında Misqav Am yaşayış məntəqəsində mümkün raket atəşi ilə bağlı həyəcan siqnalları işə salınıb. "Maariv" nəşri yazıb ki, Misqav Am sakinləri partlayışların əks-sədaları haqqında bildiriblər.

"Livandan mərmilərin atılması ilə bağlı altı uğursuz cəhd qeydə alınıb, hansılar ki, İsrail sərhədini keçmədilər. İsrailin Müdafiə Ordusunun artilleriyası buna cavab olaraq mərmilərin atıldığı obyektlərə atəş açdı", - nazirliyin xəbərində deyilir.

Cümə axşamı Livanın cənubundan İsrailə tərəf üç raket buraxılıb. Mərmilər dənizdə partlayıb. Hadisənin araşdırılması ilə BMT sülhməramlıları rəsmi Beyrutla koordinasiyalı şəkildə məşğul olur.