Gürcüstanda son sutkada koronavirusa 1 562 yeni yoluxma faktı təsdiqlənib, 1 490 nəfər sağalaraq evə buraxılıb, 30 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə bu günə kimi ümumilikdə 332 349 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 312 349-u sağalıb, 4 499-u isə ölüb.
Ötən 24 saat ərzində 29 685 test yoxlaması həyata keçirilib.