Azərbaycanda polis əməkdaşı güllələnib. 

Unikal.org xəbər verir ki, hadisə Qax rayonunun Çüdüllü kəndi ərazisində baş verib. Belə ki, yaralanan şəxs Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.

Nəticədə o, əlindən yaralanıb. Hazırda həmin ərazidə əməliyyat keçirilir.

Bildirilib ki, hadisə polislə qarşı tərəf arasında şəxsi münasibətlər zəmnində baş verib.