Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun dəfn mərasiminə əklil göndərib.

Unikal.org xəbər verir ki, əklil mərhumun I Fəxri xiyabanda məzarı üzərinə qoyulub.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.