İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 217 nəfər ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 80 156 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 042 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 913 136 nəfərə çatıb.