Hamburq şəhər limanında güclü yanğın baş verib.
"Unikal" yerli mediaya istinadla xəbər verir ki, limandakı anbarların birində güclü partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, yanğına anbarın içərisində bir avtomobilin alovlanması səbəb olub. Hadisə nəticəsində anbara xeyli ziyan dəyib.
Yanğının fəsadları nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Partlayışın təsiri nəticəsində dağıntıların qalıqlarının bir hissəsi yaxınlıqdakı magistrala düşüb. Buna görə də yol hər iki istiqamətdə bağlanıb. Hamburq polisi X sosial şəbəkəsində yaydığı açıqlamada sürücülərə ərazini tərk etməyi tövsiyə edib.