Nigeriyanın şimalında daha 136 məktəbli  silahlı şəxslər tərəfindən qaçırılıb. 

Unikal.org xəbər verir ki,  İslam məktəbinə gələn silahlılar şagirdləri qaçırarkən 1 nəfəri güllələyib. 

Qaçırılan  3 ilə 4 yaş arası 11 uşaq meşədə  tərk edilmiş vəziyyətdə  tapılıb.  Digər uşaqlardan hələ ki,  xəbər yoxdur.   Axtarışlar davam edir.