Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı iki milyardı ötüb.
Unikal.org TASS-a istinadla xəbər verir ki, peyvəndlərin yarıdan çoxu üç ölkənin – Çin, ABŞ və Hindistanın payına düşür.
İndiyədək dünyada 2,002 milyard insan peyvənd olunub. Onların 700 milyondan çoxu Çində, 220 milyondan çoxu Hindistanda vurulub. ABŞ-da istifadə edilən vaksin dozalarının sayı 300 milyona yaxınlaşır. ABŞ Prezidenti Co Bayden bildirib ki, yaşlı amerikalıların 63 faizi COVID vaksininin birinci dozasını alıb.
Qeyd edək ki, əhali sayına nisbətdə tam peyvəndlənən sakinlərin statistikasına əsasən, dünyada Seyşel Adaları (62 faizdən çox) və İsrail (60 faizdən yuxarı) liderlik edir.