Qananın şimalındakı Yuxarı Şərq vilayətində yerləşən və qızıl hasil olunan şaxtanın çökməsi nəticəsində dağıntılar altında qalmış 9 nəfərin meyiti aşkar olunaraq çıxarılıb.

Unikal.org  xəbər verir ki, bu barədə yerli “Citi Newsroom” nəşri məlumat verib.

Qeyd olunur ki, şaxta mayın 31-də, güclü leysan yağışından sonra çöküb, meyitləri isə bir neçə gün sonra xilasetmə qrupunun işi nəticəsində aşkar edib çıxarmaq mümkün olub.