Gürcüstanda ötən sutkada koronavirusa 779 yeni yoluxma faktı qeydə alınıb, 959 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a 347 762 nəfər yoluxub, onların 331 680-i sağalıb, 4 876-sı dünyasını dəyişib.
Son 24 saat ərzində 30 026 test yoxlaması aparılıb.