Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma halı qeydə alınıb.

Unikal.org-un Ermənistan Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223 050 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan 4 ölüm halı qeydə alınıb. Bununla da, Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 452-yə çatıb.