Xalq artisti, kinorejissor Ramiz Əzizbəylidən xəbər var.
Unikal.org xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov bununla bağlı sosial şəbəkədə paylaşım edib:
"Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır. Həkimlərin səyinə baxmayaraq, səhhətində irəliləyiş yoxdur. Yaxınları, doğmalar təşviş içindədir. Uzun illər insultdan əziyyət çəkən sənətkar bir neçə gün əvvəl COVİD-19-a yoluxub. Onsuz da zəif olan orqanizmi əsrin bəlasına baş əydi. Hazırda reanimasiyada olan Ramiz Əzizbəyli üçün bütün xalq dua edir. Bəlkə Tanrı bu dəfə də möcüzə göstərəcək. İllərlə ayaqda qalmaq, yaşamaq üçün mübarizə aparan rejissor Ramiz Əzizbəyli bu bəladan da qurtular. Dua edək, dostlar...".