Hindistanda 200-dən çox insanın ölümünə səbəb olan "qara göbələk" xəstəliyi Meksikada da görülüb.
Unikal.org xəbər verir ki, 34 yaşlı kişi yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicəsini davam etdirən meksikalıda "qara göbələk" infeksiyası aşkarlanıb. Həkimlər xəstəni xüsusi nəzarətə götürüb.
Qeyd edək ki, ölümcül infeksiya bir müddət əvvəl də İraqda görülmüşdü.