Türkiyənin Kocaəli ərazisində yerləşən Osmanlı dövrünə aid məzar hər kəsin diqqətini çəkir.
Unikal.org xəbər verir ki, uzunluğu 7 metr olan məzarın Uzun Həsən adlı şəxsə məxsus olduğu bildirilir. Maraqlısı odur ki, insanlar həmin məzarı pir kimi istifadə edir. Belə ki, yeni evlənən cütlük, subay qızlar məzarı ziyarət edəndə həyatlarında uğurlu qazanacağına inanırlar.