2021-2022-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.
Unikal.org xəbər verir ki, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur.
O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.