Nigeriyanın Niger əyalətində motosikletdən istifadə etmək qadağan olunub.

Unikal.org xəbər verir ki, vilayət valisi Əhməd Ketso  bu  barədə jurnalistlərə açıqlama verib. O, son aylarda silahlı dəstələrin tez-tez hücum etdiyi ölkənin şimalındakı əyalətdə motosikletlərin istifadəsinin qadağan olunduğunu deyib.

 

Ketso  qadağanın əyalətdəki insanların həyatını və əmlakını qorumaq üçün bir addım olduğunu vurğulayıb.