ABŞ-ın Alabama ştatında zavodda silahlı şəxs öz iş yoldaşlarını atəşə tutub.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.
Qeyd olunur ki, yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs isə hadisə yerindən uzaqlaşıb.
İnsidentlə bağlı araşdırma aparılır.