Türkiyənin Kayseri ərazisində ana azyaşlı övladına siqaret çəkdirib daha sonra isə zəhərli dərman verib.
Unikal.org xəbər verir ki, qadın bununla yanaşı həmin anları kameraya çəkib. Belə ki, azyaşlının istismar edilməsi görüntülərindən sonra polis hərəkətə keçib. Öznur Ö. adlı qadın polis tərəfindən saxlanılıb.
Məlum olub ki, qadın 4 il əvvəl Turgut Ö. adlı şəxslə ailə həyatı qurub. Onların bu izdivacdan bir oğlu dünyaya gəlib. Lakin aralarında yaranan mübahisədən sonra Turqut ailəsini tərk edərək İngiltərəyə gedir. Depressiyaya düşən qadın isə özünü və azyaşlı oğlunu öldürmək qərarına gəlir. Hətta ana oğluna 3 yaşlı oğluna siqaret çəkdirib, zəhərli dərman verib. Həmin anları isə lentə alaraq həyat yoldaşına göndərib. Turqutun polisə xəbər verməsindən sonra qadın saxlanılıb.
O, oğlunu və özünü bu şəkildə öldürəcəyini etiraf edib. Azyaşlı xəstəxanaya yerləşdirilib. Qadın barəsində isə qətimkan tədbiri seçilib.