Şimali Koreya lideri Kim Çen İn bəzi yüksək rütbəli məmurları ölkədə yayılan COVID-19 epidemiyasını düzgün idarə etməmələri səbəbilə işdən azad edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, Kommunist Partiyası İdarə Heyətinin toplantısında bəzi məmurların xalqın təhlükəsizliyi üçün böyük narahatlığa səbəb olan ciddi səhvlərə yol verdiklərini bildirib.
Yüksək vəzifəli məmurların səriştəsizliyi və məsuliyyətsizliyinin vacib vəzifələrin yerinə yetirilməsini əngəlləyən mühüm amil olduğunu söyləyən Şimali Koreya lideri, işdən çıxarılan həmin şəxsləri passiv və eqoist adlandırıb.
İşdən çıxarılan yüksək vəzifəli şəxslərin adları və vəzifələri isə açıqlanmayıb.