Slovakiya mərkəzli "Klein Vision" tərəfindən istehsal olunan uçan avtomobil "AirCar" Nitra ilə paytaxt Bratislava arasında ilk şəhərlərarası uçuşunu həyata keçirib.  

Unikal.org xəbər verir ki,  uğurla həyata keçirilən uçuş anbaan kameralara əks olunub. Professor Stefan Klein tərəfindən dizayn edilmiş "AirCar" uçan avtomobil  35 dəqiqəlik bir uçuş həyata keçirib.  

Professor uçan avtomobilin  texnologiyada əhəmiyyətli bir mərhələ  açdığını  qeyd edib.