İtaliya Əfqanıstandakı hərbi kontingentini çıxarmaq mərhələsini baş çatdırıb.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Lorenso Querini məlumat verib.
O bildirib ki, iyunun 29-da axşam saatlarında İtaliyanın Əfqanıstandakı missiyası başa çatıb.
L.Querini vurğulayıb ki, beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya hərbçilərinin missiyası başa çatsa da, Əfqanıstanla əlaqələr başqa formada, xüsusilə əməkdaşlıq və respublika institutlarının dəstəklənməsi davam edəcək.
İtaliyanın hərbi kontingenti Əfqanıstana 2003-cü ildən NATO çərçivəsində yerləşdirilmişdi. Son zamanlar İtaliya hərbçilərinin sayı 800-ə yaxın olub.