İndoneziya prezidenti Coko Vidodo koronavirusun “Delta” ştammının yayılması ilə əlaqədar iyulun 3-dən etibarən karantinin sərtləşdiriləcəyini bəyan edib.
Unikal.org xarici KİV-ə istindən xəbər verir ki, bu barədə o, milli televiziyada çıxışı zamanı bildirib.
“Son günlərdə vəziyyət sürətlə pisləşir və bu da bizdən qəti addımlar tələb edir. Ən ciddi məhdudiyyətlər vəziyyətin daha ağır olduğu Yava adasında və Bali vilayətində qüvvəyə minəcək”, - ölkə başçısı bildirib.
Prezident bu rejimin iyulun 20-dək davam edəcəyini deyib.
Xatırladaq ki, son günlər ölkədə yoluxma sayında rekord artım templəri qeydə alınıb.