Norveçdə 16 yaşlı suriyalı oğlan terror aktı planlaşdırdığı və İŞİD terror təşkilatına dəstək verdiyi üçün 5 il həbs cəzasına məhkum edilib.  

Unikal.org xəbər verir ki,  paytaxt Osloda keçirilən məhkəmə  qərarına əsasən,  zəhərli və ya partlayıcı maddə istifadə edən 16 yaşlı yeniyetmə  azadlıqdan məhrum edilib.

Məhkəmə, uşağın yetkin yaşı olmadığına görə verilmiş həbs cəzasının 3 ilini təxirə salıb.