Gürcüstanda son sutkada daha 980 nəfərə koronavirus diaqnozu qoyulub, 11 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 367 058 nəfərdə aşkarlanıb, onların 5 327-si dünyasını dəyişib.
Ötən 24 saat ərzində sağalanların sayı 877 nəfər artaraq 352 624 olub.