Türkiyəli məşhur sosial media fenomeni Murat Övüçün oğlu Burakcan Övüç polis tərəfindən nəzarətə götürülüb.
Unikal.org xəbər verir ki, buna səbəb gənc oğlanın gecə vaxtı avtomobilin pəncərəsindən söyüş söyərək dəfələrlə silahla atəş açması olub. Bununla yanaşı avtomobillə sürətlə hərəkət edərək, yol-nəqliyyat qaydalarını kobud şəklində pozub.
Burakcan həmin anları sosial mediada paylaşsa da, qısa zamanda silib. Lakin polis bu hərəkətinə görə məşhurun oğlunu cəzalandırıb.