Türkiyədə qırmızı bülletenlə axtarışda olan “Çiftlik Bank”ın qurucusu Mehmet Aydın Braziliyada təslim olub.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, 1991-ci ildə Bursada anadan olan Mehmetin milyonlarla dolları xaricdə özü ilə apardığı iddia edilir.
"Çiftlik Bankı"nın qurucusu Mehmet Aydın, İnterpolun "Ən çox axtarılanlar" siyahısında idi. O, vergi qanunlarını pozmaq ittihamı ilə axtarıldı.
Qeyd edək ki, ötən gün Məhməd Aydın günahsızlığını sübut etmək üçün təslim olacağını elan etmişdi.