Polkovnik Senor Asratyan Ermənistan ordusunun acınacaqlı durumda olmasından söhbət açıb.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, separatçılarının “müdafiə nazirliyinin” sabiq mətbuat katibi Asratyan İkinci Qarabağ mühribəsində erməni ordusunun məhv edilməsindən danışıb:
"Koçaryanın, Sarkisyanın 26 il ərzində yaratdığı ordunu az bir müddətdə tədricən dağıtdılar. Ötən il baş verən ağır məğlubiyyətdən sonra ordumuz bu günə düşdü”, - Asratyan bildirib. O hazırkı rəhbərliyin yürütdüyü siyasəti də tənqid edib:
“Qarabağ itkisinin həzm oluna biləcəyini düşünən Ermənistan lideri dəhşətli səhvə yol verir".