Xəbər verdiyimiz kimi, mərhum xalq artisti  Yalçın Rzazadənin məzar daşı 4 ay keçməsinə baxmayaraq hələ də hazırlanmayıb.

Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryam Qafarzadə Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanması üçün  Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

***14:56

Mərhum xalq artisti  Yalçın Rzazadənin məzar daşı hələ  də hazırlanmayıb. 

Məsələ ilə bağlı Unikal.org-a  xalq artistinin ailəsi  məlumat verib.  Belə ki, ailə  Mədəniyyət  Nazirliyinin bu işə etinasız yanaşdığını bildirib.  

Qeyd edək ki, Y.Rzazadə bu ilin fevral ayının 22-də vəfat edib.

Gülayə Mecid