İran ordusunun əfsanəvi generallarından sayılan Qasım Süleymaninin ölümündə şübhəli bilinən yüksək rütbəli ABŞ hərbçisinin meyiti tapılıb.

Unikal.org  xəbər verir ki, bu barərə xarici KİV məlumat yayıb.

Qeyd edilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti olan Ceyms Uillis adlı şəxsin cansız bədəni Qətərdəki "Əl-Udeid" Hava Qüvvələrinin bazasında aşkarlanıb. İranlı general Qasım Süleymaninin öldürülməsində şübhəli bilinənlər sırasına daxil edilmiş zabitin qeyri-döyüş şəraitində öldüyü bildirilir.

55 yaşlı polkovnik-leytenant Kirtland Hava Qüvvələri Bazasındakı "New Mexico" Milli Hava Mühafizə Xidmətinin 210-cu "Red Horse" dəstəsinin komandiri imiş. Hazırda hüquq-mühafizə orqanları amerikalı zabitin ölümünün səbəblərini araşdırır.