İyulun 1-dək Türkiyədə koronavirusa (COVİD-19) qarşı 50 milyondan artıq doza vaksin istifadə edilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitter hesabında yazıb.
"Vaksinlər pandemiyaya qarşı mübarizədə ən effektiv silahdır. İyulun 1-dək ölkəmizdə artıq 50 milyon dozadan çox koronavirus vaksini istifadə edilib" - deyən Türkiyə Prezidenti vurğulayıb ki, tezliklə aktiv istifadəyə başlanacaq olan Türkiyənin istehsal etdiyi TURKOVAC peyvəndi sayəsində koronavirusa qarşı mübarizə daha geniş və effektiv olacaq.