Pakistan hərbçiləri ilə terrorçular arasında növbəti atışma olub.

Unikal.org  xəbər verir ki, Cənubi Vəziristanın Tiarza bölgəsində terrorçularla yaşanan atışma zamanı 3 pakistanlı hərbçi həlak olub.

Terrorçuların raket və avtomat silahlarla hücum etdiyi bildirilib. Onların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.