Nigeriyanın Borno ştatında Boko Haram terror təşkilatına qarşı əməliyyat keçirilib.

Unikal.org xəbər verir ki, təşkilata qarşı keçirilən əməliyyatlarda 73 terrorçu zərərsizləşdirilib.  Belə ki, quruma aid  çox sayda silah-sursatın ələ keçirildiyi barədə məlumat paylaşılıb. 

Əməliyyatlar zamanı terrorçular tərəfindən girov saxlanılan 27-si uşaq olmaqla, 55 nəfər də  xilas edilib.