Rusiyanın paytaxtı Moskva ətrafında yerləşən Kolomensk şəhərinin meri Denis Lebedev mənzildə ölü tapılıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki,  ölümün ilkin səbəbi kimi intihar versiyası göstərilir.

Qeyd edək ki, Kolomensk şəhər administrasiyasının saytında yer alan məlumata görə, 46 yaşlı Lebedev 2016-cı ilin oktyabr ayından bəri mer vəzifəsində çalışıb.