Məşhur sosial media platforması olan "Instagram"da bir sıra yeniliklər gözlənilir.
Unikal.org xəbər verir ki, bu barədə platformanın rəhbəri Adam Mosseri açıqlama yayıb. O bildirib ki, artıq "Instagram" foto paylaşılan tətbiq deyil.
"TikTok" və "YouTube" kimi platformalarla rəqabətə girəcəklərini vurğulayan Mosseri, ənənəvi kvadrat formasında paylaşılan görüntülərin yerini tam ekran videoların alacağını bildirib. O, "Instagram"ı daha əyləncəli tətbiqə çevirmək istiqamətində atılan yeniliyin bununla bitməyəcəyini də açıqlayıb.