İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 127 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 84 516 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13 836 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 232 696 nəfərə çatıb.