NATO qoşunları Əfqanıstandakı Baqram aviabazasını tərk edib.

Unikal.org  xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Lakin  nazirlik bazanın yerli hökumətin nəzarətinə nə vaxt keçəcəyini açıqlamayıb.

Qeyd edək ki, Baqram bazası NATO qoşunlarının Əfqanıstanda ən böyük aviabaza idi.