Rusiya Arktikada, Barens və Norveç dənizlərində sualtı qayıqlarının silahlarını sınaqdan keçirməsi ilə bağlı xüsusi təlimlərə başlayıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Rusiyanın Şimal donanması məlumat yayıb.

“Təlimlərdə bir neçə sualtı qayıq, o cümlədən dördüncü nəsil sualtı qayıqların ekipajları iştirak edir. Silahların sınaqları 500 metr dərinlikdə keçirilir”, - deyə məlumatda bildirilib.