Rusiyanın Başkordostan Respublikasında ağır yol qəzası baş verib.

Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

Yol polisindən bildirilib ki, “Scania” markalı yük avtomobili ilə “Lada Larqus” markalı minik avtomobili toqquşub.

“Lada Larqus” zərbənin təsirindən qarşıdan gələn “Niva” ilə toqquşaraq alışıb. Qəza nəticəsində “Larqus”un sürücüsü və beş sərnişini təcili yardım gələnə kimi hadisə yerində ölüb.

Qəzanın səbəbləri araşdırılır.