"Şərq Tərəfdaşlığı” Avropa İttifaqının (Aİ) gündəliyində prioritet olaraq qalır.
Unikal.org xəbər verir ki, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.
“Biz istəyirik ki, gözlənilməz çağırışlara və fürsətlərə cavab verən, gələcəyə köklənmiş gündəm quraq. Bizim işimizin əsasını demokratiyanı, yaxşı idarəetməni, qanunun aliliyini təşviq etmək təşkil edəcək. Bu, bizim əməkdaşlığımızın pozitiv və konkret nəticələri üçün çox vacibdir. Bura Belarus da daxildir”, - deyə C. Borrell qeyd edib.