Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 55 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 4 891 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 5 352 nəfər sağalıb, ağır xəstə sayı isə 697 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 5 435 831 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 305 806 nəfər sağalıb, 49 829 nəfər isə ölüb.