Bakı sakini çimərlikdə ölüm təhülkəsi ilə üzləşib.

Unikal.org xəbər verir ki, bununlala bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə Bilgəh çimərliyində olub.

Belə ki, 25-30 yaşlarındakı kişi spirtli içkinin təsirində olduğu halda suya girib və boğulma təhlükəsi ilə üzləşib.

Onu xilas edib sahilə çıxarmaq mümkün olsa da, vəziyyəti ağır olub.

Təcili tibbi yardım avtomobilinin gəlməsi ilə sözügedən şəxs hadisə yerindən aparılıb.