Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüş zamanı Baş nazir Ə. Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.