Belçikada iyulun 14-16-da qeydə alınmış daşqınlar ölkə iqtisadiyyatına 10 milyard avro ziyan vurub.
Unikal.org bildirir ki, bu barədə Belçikanın cənubi Valloniya regionunun hökuməti bildirib.
Daşqınlar Belçika ərazisində son 100 il ərzində ən ağır təbii fəlakət olub. Bir neçə gün əvvəl Valloniya hökuməti 2 milyard avro məbləğində yardım paketinin ayrılması barədə qərar qəbul etmişdi.
Qeyd edək ki, daşqınlar nəticəsində Belçikada 32 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.
Eyni zamanda, Almaniyada 170-dən çox şəxs daşqınların qurbanı olub.