Müxtəlif təbabətlərdə geniş istifadə edilən qara zirə otu koronavirusa qarşı mübarizədə istifadə edilə bilər. Bu barədə Avstraliya Katolik Universitetinin professoru Kanis Fatima Şadın məqaləsində deyilir.

Unikal.org xəbər erir ki, alimlər bitkinin tərkibində olan timoxinon maddəsinin ağciyər infeksiyasına səbəb olmasının qarşısını alaraq, KOVID-19 S-zülalına bağlana biləcəyi qənaətinə gəlib.

Həmin maddə, həmçinin daşıyıcının hüceyrələrində SARS-KoV-2 virusunun çoxalmasına maneə törətmək qabiliyyətinə malikdir. Bu komponent eyni zamanda ağır koronavirus xəstələrində diaqnoz qoyulan sitokinə maneə törətmək və qan laxtalarının əmələ gəlməsinin qarşısını almaq potensialına malikdir. Timoxinon maddəsi xərçəng əleyhinə, antioksidant və antibakterial təsiri olan komponentidir. O, eyni zamanda iltihabı aradan qaldırmaq və ağrıkəsici xüsusiyyətinə də malikdir. Bitki potensial olaraq astma, allergiya, ekzema, artrit və sklerozun müalicəsində də kömək edə bilər.