Binəqədi rayon Məhkəməsində "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Unikal.org xəbər verir ki, prosesdə təqdimat təmin edilib. V.Muradov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.