Əfqanıstanda son iki gündə “Taliban” qiyamçıları ilə ordu arasında baş verən şiddətli toqquşmalarda 27 uşaq öldürülüb.

Unikal.org xəbər verir ki, bu barədə BMT -nin hesabatında qeyd olunub.

Toqquşmalarda daha 136 uşağın yaralandığı bildirilir. Uşaqların bir çoxu Qəndəhər vilayətində həlak olub və ya yaralanıb.

Xatırladaq ki, BMT-nin Əfqanıstandakı Yardım Missiyası cari ilin ilk yarısında ölkədə 1659 mülki şəxsin həlak olduğunu, 3724 nəfərin yaralandığını açıqlayıb.