Türkiyənin Daxili işlər naziri Süleyman Soylu ilə vətəndaşlar arasında qaçqınlarla bağlı mübahisə yaşanıb.  

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, vətəndaşlarla görüş zamanı  Soylunun "Suriyada bir milyon şəhid var",- deməsi insanların narazılığına səbəb olub. Belə ki,vətəndaşlardan biri, "Mənim əsgərim, mənim polisim öləcəyinə, onlar ölsün!",- deyə ifadə işlədib.

Hətta bəzi vətəndaşlar nazirə əfqanların, suriyalıların Türkiyədə qaçqın kimi məskunlaşmasına narazılıqlarını bildiriblər.

Gülayə  Mecid