"Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil".

Unikal.org xəbər verir ki, bunu AK (Ədalət və İnkişaf) Partiyanın sözçüsü Ömər Çelik mətbuata açıqlamasında deyib.

"Türkiyə ölümdən qaçan insanlara qucaq açır. Bundan sui-istifadə edilməsinə qətiyyən icazə vermərik. Türkiyə heç kim üçün qaçqın düşərgəsi deyil. Türkiyə bundan sonra daha çox köç yükünün öhdəsindən gələ bilməyəcək. Ölkənin sərhəd məntəqələrini qoruma qabiliyyəti güclüdür", - deyə Ö.Çelik bildirib.

Ağarza Elçinoğlu